Ləhiş-Kürdəxanı massivində qanunsuz zibilxana yaranıb

24 İyul 2017 17:31 (UTC+04:00)

ETSN-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı məlum olub ki, son illər sözügedən əraziyə məişət tullantılarının daşınması nəticəsində qanunsuz zibilxana yaranıb. Faktla bağlı akt tərtib olunub, ərazidə mövcud zibilxananın yığışdırılaraq antisanitar vəziyyətin aradan qaldırılması və nəzarətin gücləndirilməsi barədə Kürdəxanı bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Eyni zamanda, məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə məktubla müraciət olunub.