Mingəçevir su anbarında batan şəxs xilas edildi

24 İyul 2017 19:55 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu gün saat 18:00 radələrində Gəncə şəhər sakini, 1996-ci il təvəllüdlü Ağaməmmədov Vüsal Şöhrət oğlu dostları ilə birgə Mingəçevir su anbarının sahilindəki çimərlikdən kənar ərazidə çimən zaman suda boğulmaq təhlükəsi ilə üzləşib.

Dərhal əraziyə FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Mingəçevir şəhərindəki Aran dalğıc axtarış qrupunun xilasediciləri cəlb olunub.

Batmaq üzrə olan şəxsi xilas edilərək sahilə çıxarılıb.