24 ildir ki, işğalda qalan məscidin açarlarını özündə saxlayır - Video

24 İyul 2017 23:33 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, 40 ildir rayonun Cümə məscidinin axundu işləmiş Barat Bağırovun sözlərinə görə, Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabaği adlı memar tərəfindən 1870-ci illərdə tikilib. Döyüşlər gedən vaxt şəhid olanlar oraya gətirilirmiş.

Ağdamın işğalı zamanı ona da xəbər veriblər ki, təcili oranı tərk etmək lazımdır.

O, məscidin qapısını bağlayaraq öz doğma yurd-yuvasını tərk edib. Bağlı qıfılın açarlarını da özü ilə götürən axund bu gün də həmin açarları ən etibarlı yerdə saxlayır. Deyir ki, bu açarlar onun ücün cox doğmadır. Cünki 1978-ci ildən rayonun işğalına qədər hər gün ibadət etdiyi Cümə məscidinin qapısını bu açarla açıb-bağlayıb.

Ağdamın Cümə məscidi Qarabağ müharibəsində ən cox şəhid qəbul edən ibadət ocaqlarından biri olub. Rayonun işğalından sonra bu məscidi Xındırıstan kəndində fəaliyyətini davam etdirir.