Daşqınlar 10 nəfərin ölümünə səbəb oldu - 40 milyon ziyan dəydi

25 İyul 2017 11:05 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, fəlakət bölgəsində yüzlərlə evi su basıb. Yollarda nəqliyyatın hərəkəti məhdudlaşıb. Bəzi qəsəbələr şəhər mərkəzindən təcrid olunub. Rəsmilər azı 1200 nəfəri təbii fəlakət bölgəsindən təxliyə ediblər.

Məlumata görə, Yunnan vilayətinin 45 rayonunda 6 gündür ki, fasiləsiz yağışlar yağır. Bu isə bölgədə şiddətli sel və daşqınlara səbəb olur.

Təbii fəlakət bölgəyə 40 milyon dollar həcmində ziyan vurub.

Bəxtiyar Abbasov

AzNews.az