İsrail hökuməti vəziyyəti “yumşaltdı” - Metal detektorlar ləğv edildi

25 İyul 2017 12:14 (UTC+04:00)

AzNews.az xarici mətbuata isinadən xəbər verir ki, yerli rəhbərlik məscidə daxil olan şəxslərin üzərində silah olub-olmamasını yoxlamaq üçün başqa yoxlama sistemindən istifadə edəcək.

Məscidin girişində metal detektorların quraşdırılması İsrail rəhbərliyinə qarşı etirazlara səbəb olub və qarşıdurmalar ölümlə nəticələnib. Fələstinlilər bildiriblər ki, İsrail rejimi bu cür avadanlıqlardan istifadə etməklə müqəddəs ziyarətgah üzərində nəzarəti tam şəkildə ələ almaq istəyir.

Bəxtiyar Abbasov

AzNews.az