Dənizdə batan şəxsin meyiti tapıldı

25 İyul 2017 14:47 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb. 25 iyul 2017-ci il tarixində 2000-ci il təvəllüdlü, İsmayılov İdris Rasim oğlunun cəsədi batdığı yerdən 8-10 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:50-də başa çatıb.