Övladları boşanan qudalar dalaşdı - Məhkəmənin qarşısında

25 İyul 2017 17:38 (UTC+04:00)

“Report”un Qərb bürosunun məlumatına görə, övladları boşanan qudalar arasında yaranan mübahisə davaya çevrilib.

Nəticədə oğlanın atası qızın anasını döyüb. Xəsarət alan Gəncə şəhər sakini 1964-cü il təvəllüdlü Əzizova Mənzərə Ramazan qızı üz və baş nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az