Tovuzda avtomobil aşıb, ana və övladı xəsarət alıb

25 İyul 2017 19:53 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Əyyublu kəndi ərazisində “QAZel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə avtomobildə olan kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədova Gülnarə və onun 9 yaşlı oğlu Yamin müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.