ABŞ hərbi gəmisi İran gəmisinə atəş açdı

25 İyul 2017 20:31 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Pentaqonun yaydığı məlumata görə, xəbərdarlıq siqnallarına məhəl qoymayan İran gəmisi ABŞ-ın hərbi gəmisinə 137 metr yaxınlaşıb. Bu səbəbdən, ABŞ gəmisi xəbərdarlıq atəşi açıb.

Rəsmi Tehran insidentlə bağlı hələlik heç bir şərh verməyib.