Qadağan edilmiş çimərlikdə iaşə obyektləri fəaliyyət göstərir - Video

25 İyul 2017 23:22 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Bəzi ərazilərdə çimmək qadağan edilsə də, orada müxtəlif iaşə obyektləri fəaliyyət göstərir. Həmin yerlərdən biri Şıx çimərliyidir.

Çimərlik mövsümün əvvəlində müvafiq qurumlar Xəzər dənizinin Səbail və Qaradağ sahil zolaqlarında suyun tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yarada bilən bakteriyaların olduğunu bəyan edib.Gigiyena və epidemyologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, suyun tərkibinin zərərli olması barədə məktub hazırlanaraq bakı şəhər icra hakimiyyətinə göndərilib.

Çimməyin qadağan edilməsinə baxmayaraq ərazidə iaşə obyektlərinin fəaliyyət göstərməsi insanları dəniz sahilinə üz tutmağa sövq edə bilər.Bu zaman belə bir sual ortaya çıxır ki, çimmək qadağandırsa hansısa obyektin açılması,sahilin hasara alınaraq pullu girişin tətbiq edilməsi hansı qayadalara uyğundur ?

İaşə obyektinin nümayəndəsi Süleyman adlı bu şəxsin sözlərinə görə qadağan edilmiş sahildə hansısa çimərliyin və ya digər obyektin fəaliyyət göstərməsi insanları məhz bu əraziyə gəlməyə sövq edə bilməz.

Məsələ ilə bağlı Səbail rayon icra hakimiyyətndən verilən məlumata görə gigiyena və epidemiologiya mərkəzi, eləcə də bakı şəhər icra hakimiyyətindən onlara şıx çimərliyində dəniz suyunun tərkibinin çirkli olması barədə məktub daxil olmayıb.Rayon İcra Hakimiyyətindən bildiriblər ki, ərazidə hansısa obyekt fəaliyyət göstərirsə o müvafiq icazə alıb və burda hər hansı problem yoxdur.