“Mercedes” aşdı - Sürücü öldü (Foto + Yenilənib)

26 İyul 2017 12:24 (UTC+04:00)

"Report"un Aran bürosunun məlumatına görə, "Mercedes" markaklı avtomobilin sürücüsü, Cəlilabad sakini, 1990-cı il təvəllüdlü Elvin Telman oğlu Xanməmmədov ölüb.

Avtomobildəki sərnişinlər - Cəlilabad sakinləri, 1961-ci il təvəllüdlü Nigar Əziz qızı Abışova, 1976-cı il təvəllüdül Fiqurə Əziz qızı Quliyeva, Telman Quliyev və 1954-cü il təvəllüdlü Vəsmə Xanoğlan qızı Quliyeva yaralanıb.

***

11:14

Salyan rayonunda ağır yol qəzası olub, ölən və yaralananlar var.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt - Astara magistralının rayonun Dayıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markaklı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - üç qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az