Ağac kəsintisinə görə cərimələndi

26 İyul 2017 16:00 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, reyd zamanı Xızı rayonu, Altıağac bələdiyyəsinin ərazisində qəsəbə sakini Nicat Novruzbəyov tərəfindən 1 ədəd yaş köküstə söyüd ağacının kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə N. Novruzbəyova inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.