“BakuBus”da uşaq tapıldı

26 İyul 2017 17:38 (UTC+04:00)

“BakuBus”-ın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, aidiyyatı orqanlara, həmçinin “BakuBus”a məxsus digər avtobus sürücülərinə və xətt dispetçerlərinə uşağın valideynlərinin tapılması istiqamətində məlumat ötürülüb.

Təxminən 16:50 radələrində uşağın nənəsi “BakuBus”a məxsus 1 nömrəli avtobusun metronun "28 May" stansiyası yaxınlığındakı dayanacağında aşkar edilib və uşaq öz yaxınlarına təhvil verilib.