AzNews.az ARB-yə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində Qeydə alınıb.
"Opel" və "Vaz" markalı avtomobillərin toqquşması nəticəsində "Vaz"ın sürücüsü Samir Qasımov hadisə yerində dünyasını dəyişib.
Digər avtomobildə olan sürücü 23 yaşlı Elvin İsmayılov və sərnişin 25 yaşlı Elvin Əhmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yaralının vəziyyəti orta ağır qiymətləndirilir. "Opel" sürücüsünün dediyinə görə hadisə ötmə əməliyyatı yerinə yetirərkən baş verib.
Elvin İsmayılov - "Opel"in sürücüsü: " "Avqona" çıxmışdı, gəlib məıni vurdu. Çox sürətli idi. Ayağım qırılıb, bir də qolum".
Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırma aparılır.