Bakıda bu ərazilərdə də pulsuz "Wi-Fi" olacaq

26 İyul 2017 21:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, işlər "ictimai Wi-Fi" layihəsi çərçivəsində aparılıb.

Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də "Axundov", "Sabir" və "Xaqani" bağlarında ödənişsiz "Wi-Fi" təmin olunub.

Yaxın vaxtlarda ödənişsiz "Wi-Fi"ın paytaxtın "Hüseyn Cavid" və "Dədə Qorqud" parklarında da təmin edilməsi planlaşdırılır.