Azərbaycanda Kosta-Rika səfirliyi açılacaq

27 İyul 2017 10:32 (UTC+04:00)

"Report"un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfirliyin açılması avqustun ortalarında gözlənilir.

Bununla əlaqədar yaxın günlərdə Kosta-Rikanın Azərbaycanda müvəqqəti işlər vəkili Hayro Fransisko Lopes Bolanos (Jairo Francisco Lopez Bolanos) Bakıya gələrək səfirlik üçün müvafiq yerin axtarışı və digər inzibati məsələlərlə məşğul olacaq.

AzNews.az