Binada yanğın baş verdi - Pirallahıda

27 İyul 2017 10:55 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Pirallahı rayonunda ümumi sahəsi 55 m2 olan 2 otağlı inzibati binanın 1 otağında kondisioner yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 7:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.