20 yaşlı gəlin özünü niyə asdı? - “Həyat yoldaşı da...”

27 İyul 2017 13:19 (UTC+04:00)

Hadisə bu gecə rayonun Hacalıkənd kəndində baş verib.

Adıçəkilən kənd sakinləri AzNews.az-a açıqlamasında bildirib ki, bir uşaq anası olan 20 yaşlı Fəridə Salmanova həyat yoldaşı ilə yaxından qohumdur:

“Fəridə öz qohumuna ərə getmişdi. Sakit, öz zəhmətləri ilə dolanan ailə olublar. Heç kimlə işləri yox idi. Qadının səhhətində də heç bir problem olmayıb, tamamiylə sağlam düşüncəli bir qadın olub. Banka borcları da olmayıb. Həyat yoldaşı da onunla mehriban dolanıb. Onun niyə belə addım atması hələ müəmmalıdır”.

Göyçayda intihar hadisəsi olub. Bir uşaq anası olan 20 yaşlı Fəridə Kərəm qızı Salmanova yaşadığı evin zirzəmisində özünü asıb.

Polisə ilkin olaraq F. Salmanovanın ürək tutmasından öldüyü bildirilsə də, sonradan araşdırmalar nəticəsində onun intihar etdiyi məlum olub.

Bahar RÜSTƏMLİ

AzNews.az