Elza Seyidcahandan şok açıqlama - “Ərə gedirəm”

27 İyul 2017 15:18 (UTC+04:00)

Bu barədə AzNews.az-a sənətçinin özü bildirib. O, qeyd edib ki, layihənin adı “Ərə gedirəm” adlanır:

“Nəhayət, belə bir mahnı bəstələdim. Hər kəsin arzusudur ki, ərə getsin, uşaq dünyaya gətirsin. Arzu edirəm ki, bütün qızlar ərə getsin”.

Sizin yenidən ailə qurmaq fikiriniz varmı?sualına Elza Seyidcahan belə cavab verdi:

“İki övladım və böyük sənətim var. Sənətim mənim üçün böyük ərdir”.

Bahar RÜSTƏMLİ

AzNews.az