FHN xəstəxanada baş verən yanğınla bağlı məlumat yaydı

27 İyul 2017 15:49 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Yevlax şəhəri Mərkəzi Xəstəxanasında baş vermiş yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb. Yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyyə olunub. Ölən və xəsarət alan yoxdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​