Bakı metrosunda xuliqanlıq edən şəxs tutuldu

27 İyul 2017 18:05 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, iyulun 26-da Bakı metrosunun "28 May” stansiyasında Şamaxı rayonunda qeydiyyatda olan vətəndaş Muradov Əhməd Zakir oğlu sərxoş vəziyyətdə xırda xuliqanlıq edib və ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirib:

“Bu hadisə bəzi internet saytlarında təhrif edilmiş şəkildə yayımlanıb. Bununla əlaqədar bildiririk ki, həmin şəxs Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai qaydanı pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub, Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimə edilib”.