Dənizdə batmaq üzrə olan şəxs xilas edildi

27 İyul 2017 19:03 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Abşeron rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.