"Nənəmin hüzr yerinə getmişdim" - Yasda oğurluq edən şəxs saxlanılıb - Video

27 İyul 2017 21:28 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, istintaq yolu ilə müəyyən edilib ki, həmin şəxs “qənimətini” Gəncə şəhərində tanımadığı şəxsə satıb.

Həsrət Fərəcovun ətrafında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun Göygöllə yanaşı, qonşu rayonlarda da analoji cinayətlər törətdiyi məlum olub.

Həsrət Fərəcov - saxlanılan şəxs: “Nənəmin hüzr yerinə getmişdim. Qohumlarımızda oradayadı. Qohumlarımızdan birinin telefonunu oğurladım. Aparıb Gəncə şəhərində 70 manata satmışam”.

Açılan iş üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.