Məşhur aktyora protez qoyulub - Foto

27 İyul 2017 22:32 (UTC+04:00)

AzNews.az PrimeTime.az-a istinadən xəbər verir ki, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov deyib. Onun çanaq oynağının yuxarı, (baş) hissəsi dəyişdirilərək, süni protezlə əvəz olunub.

İlham Hüseynov əməliyyatdan sonra bərpa prosesi keçdiyini deyir:

“Xəstəxanadan çıxandan sonra bir-iki gün Bakıda qaldım. Sonra Gəncəyə gəldim. Hazırda xüsusi əsa ilə gəzirəm. Ağrılarım azalıb. Amma ayağımı çox tərpədə bilmirəm. Çünki ayağım “donuq” vəziyyətdədir. Yəni ayağımı çox hiss etmirəm. Həkimlər bir müddət belə olacağını mənə demişdilər. İki ay əsa ilə gəzəcəm. Əslində yaxşıyam. Sadəcə, hərəkət məhdudiyyətinin olması adamı narahat edir. Amma dostlarımın sayəsində darıxmıram. Avtomobillə gəzirəm. Gəncə Teatrına gedirəm. Tanışlarla görüşüb, söhbət edirəm. İnşallah, avqustun sonuna qədər Gəncədə qalacam. Məni görmək üçün Rusiyada yaşayan qardaşım da Gəncəyə gəlib. Allah qoysa, sentyabrın əvvəlində Bakıya qayıdacam”.

Qeyd edək ki, İlham Hüseynov uzun illər ortroz xəstəliyindən əziyyət çəkib.