Lerikdə baş verən partlayışla bağlı cinayət işi açılıb

28 İyul 2017 12:00 (UTC+04:00)

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilir ki, iyulun 27-də saat 11 radələrində Lerik rayonunun Piran kəndi ərazisində yerləşən quşçuluq müəssisəsinin kəsim sexində, orada çilingər işləyən kənd sakini Valeh Məmmədov su qızdırmaq üçün quraşdırılan qazanın alışdırıcısında yaranan nasazlığı aradan qaldırarkən ani partlayış baş verib və nəticədə V.Məmmədov hadisə yerində ölüb. Orada fəhlə işləyən kənd sakinləri Mehman Mirzəyev və Akif Aslanov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.