Məkkə səması üzərinə raket atıldı - Həcc ziyarətini əngəlləmək üçün

28 İyul 2017 12:50 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, koalisiya qüvvələri raketi şəhərin 69 kilometr cənub hissəsində zərərsizləşdiriblər.

Səudiyyə Ərəbistanı hücuma görə Yəməndə hökumətə qarşı çıxan husi üsyançılarını təqsirləndirib və bildirib ki, üsyançıların hücum etməkdə məqsədi Həcc ziyarətini əngəlləməkdir.

Məkkə şəhərində Həcc ziyarəti avqust ayının sonlarında başlayacaq.

Yəməndə 2014-cü ildə hökumətə qarşı üsyanlar baş qaldırıb. Prezident Əbd Rabbu Mənsur Hadi Səudiyyə Ərəbistanın dəstəyi ilə üsyançılara qarşı mübarizə aparır.

Bəxtiyar Abbasov

AzNews.az