24 yaşlı qız intihar etmək istədi - Sevgilisindən ayrıldığı üçün

28 İyul 2017 13:29 (UTC+04:00)

AzNews.az-a verilən məlumata görə, qız kirayə yaşadığı evdə özünü iplə asmaq istəyib. Valideynləri hadisədən vaxtında xəbər tutduqlarına görə ona mane olublar.

Şabran Rayon Mərkəzi Xəstəxanasından AzNews.az-a verilən məlumata görə, intihara cəhd göstərən Səma Məmmədovanın səhhəti normaldır:

“Səma təcili yardımla xəstəxanaya gətirildi. Ona ilkin yardım edildi. Heç bir həyati təhlükəsi yox idi. Müayinə olunandan sonra evə buraxıldı”.

Xəstəxanadan bildirilib ki, qız bir neçə gün öncə sevgilisindən ayrılıb:

“Məsələ ilə bağlı hüquq-mühafizə orqanları məşğul olur. Yayılan məlumata görə, o, Aqşin adında bir oğlanı sevib. Sevgilisindən ayrıldığına görə də özünü öldürmək istəyib”.

Bahar RÜSTƏMLİ

AzNews.az