Sumqayıtda bina yandı - Zəhərlənənlər var, 15 nəfər təxliyə edildi

28 İyul 2017 13:55 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 m2 sahədə əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənən halda təcili tibbi yardım xidmətinə təhvil verilib və mənzillərdən 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.