Fərhad Bədəlbəyliyə ağır itki

28 İyul 2017 16:08 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, F.Bədəlbəylinin həyat yoldaşı Nailə xanım bir neçə saat öncə vəfat edib.

Rektorun dostları saytımıza bildiriblər ki, Nailə xanım öz bağında vəfat edib, həmin vaxt istirahət edirmiş, Fərhad Bədəlbəyli işlə əlaqədar Qəbələdə olub. Onun artıq Bakıda olduğu deyilir.

Mərhum bu gün dəfn olunacaq.

Üç mərasimi isə bazar günü Təzəpir məscidində veriləcək.

Allah rəhmət eləsin...