“Prezidentin bu sahəyə daha çox həssaslığı atılan addımlarda hiss olunur” - Deputat

28 İyul 2017 16:30 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib. Onun sözlərinə görə, Azərbaycanın sosial siyasəti günü-gündən inkişaf edir:

“Sosial siyasət elə bir sahədir ki, burada hər zaman müəyyən boşluqlar olub. Yaranan boşluqların bir gündə düzəlməsi heç Amerika Birləşmiş Ştatları kimi bir ölkədə belə mümkün deyil”.

Deputat qeyd edib ki, prezident bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində böyük layihələrə imza atıb:

“Böyük miqyasda işlər görülüb. Hesab edirəm ki, prezidentin bu sahəyə daha çox həssaslığı atılan addımlarda hiss olunur. Bir az əvvəlki illərə nəzər salaq. Əvvəllər əlillərin problemləri var idi. Onların əlillik dərəcələrinin alınmasında və tanınmasında, sosial müavinətlərin verilməsində problemlər var idi ki, artıq bunların hamısı aradan qalxıb. Düşünürəm ki, onların özü sosial siyasətdə müsbət tendensiyadır”.

AzNews.az