“Gələcəkdə bizi böyük uğurlar gözləyir” - Millət vəkili

28 İyul 2017 16:42 (UTC+04:00)

Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, sosial problemlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunub və icra edilib.

R.Rzayev əlavə edib ki, görülən tədbirlərin nəticəsi olaraq, son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşüb.

Hazırda Azərbaycanda qeyri-neft sektorunun genişlənməsinə böyük diqqət ayrıldığını deyən R.Rzayevin sözlərinə görə, ötən illər ərzində ölkədə insan resurslarının inkişafına xüsusi önəm verilib: “Bu sahədə çox ciddi işlər görülüb. Əminəm ki, gələcəkdə bizi böyük uğurlar gözləyir”.

AzNews.az