Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad edilib

28 İyul 2017 22:12 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.