Rusiyada 6,9 ballıq zəlzələ

14 Fevral 2013 21:23 (UTC+04:00)
Rusiyanın Yakutiya bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib. Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri Yakutsk şəhərindən 867 km şimal şərqdə qeydə alınıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, zəlzələnin episentrində təkanların gücü hesablamalara görə 9-10 bal təşkil edə biləcəyi ehtimal olunur. Zəlzələ 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Rusiya FHN-in məlumatına görə, "yaşayış məntəqələrində təkanlar zəif hiss olunub".