"Jara" festivalında növbəti gün - Sofiya Rotarunun yubileyi (Fotolar)

28 İyul 2017 23:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, gecəyə Ani Lorak, Olqa Buzova, Timur Rodriqez, Qlükoza, Valeriya və digər məşhurlar qatılıb.

Yubiley gecəsində iştirak edən qonaqlardan biri də Azərbaycan SSR xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu olub. O, səhnədə ifa edərək, Sofiya Rotarunu yubileyi münasibətilə təbrik edib.

Qeyd edək ki, Sofiya Rotaru Bakıya ailə ilə - həyat yoldaşı, oğlu və qız nəvəsi ilə birlikdə gəlib.