İstrahat mərkəzində yanğın olub

29 İyul 2017 09:14 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, Göygöl rayonu, Toğanalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 3000 m2 olan istrahat mərkəzinin mətbəxin yanar konstruksiyaları 150 m2, 2 ədəd "Beko" markalı vitrin və 1 ədəd "Orsk" markalı soyuducu yanıb.

İstrahat mərkəzinin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az