Hoteldə yanğın oldu - 14 nəfər xəstəxanaya yerləşdirildi (Foto)

29 İyul 2017 13:00 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedici cəlb olunub.

Məlumata görə, yanğın mehmanxananın mətbəx bölməsində meydana gəlib.

Yanğın zamanı 10-u Türkiyə, 4-ü Rusiya vətəndaşı olmaqla 14 nəfər xəsarət alıb. Onlar müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Hadisənin səbəbi araşdırılır.

AzNews.az