Ermənistan ordusunun hərbçisi güllələnib

29 İyul 2017 13:28 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, hadisə Ermənistanın Tavuş vilayətinin Noyemberyan rayonundakı döyüş mövqelərinin birində baş verib.

Tavuş vilayətinin Karkop kəndindən olan 33 yaşlı Arkadi Hambaryan odlu silahdan açılan atəş nəticəsində ölüb. Müddətdən artıq xidmət edən hərbçinin ölümünün təfərrüatları müəyyənləşdirilir.

AzNews.az