“Azərbaycan Dəmir Yolları” elektron gediş kartlarının tətbiqinə hazırlaşır

29 İyul 2017 13:50 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 200 manatdır.

İddiaçılar tender ilkin sənədləri sentyabrın 5-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 13-nə qədər ADY-nin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Vidadi Məmmədovdur. Telefon: (012) 499 65 33.

Təkliflərə sentyabrın 14-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

AzNews.az