Məşhur aktyor imicini dəyişdi - Foto

29 İyul 2017 17:49 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ötən il "Ölənə qədər" serialı ilə ekranlarda qısa bir müddət qalan aktyor indidən yeni serial üçün hazırlanır. Yeni mövsümdə Kanal D ekranlarında yayımlanacaq serialla yenidən pərəstişkarlarının qarşısına çıxmağa hazırlanan Engin Akyürek həmin serial üçün imicini dəyişdirib. Aktyor yeni serial üçün saqqalını qırxdıraraq, bığ saxlayıb.