Avtomobil ağaca çırpıldı - Yaralananlar var

29 İyul 2017 18:21 (UTC+04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisində qeydə alınıb.

“VAZ-21015” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan iki nəfər xəsarət alıb. Hər iki yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

AzNews.az