Biznesmenin həyat yoldaşı kor yazıçını sevdi - Demi Murdan möhtəşəm dönüş + Fotolar

29 İyul 2017 19:14 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 54 yaşlı aktrisa 1996-cı ildə çəkildiyi məşhur "Striptease" filmindən sonra yenidən "Kor" filmi ilə ekranlara qayıdıb. 3 uşaq anası olan aktrisa romantik komediyada alt paltarları ilə hamının diqqətini cəlb edib. Hamı 54 yaşlı aktrisanın 21 il sonra dəyişməyən bədən formasına heyran qalıb. Maykl Meylerin rejissorluğu ilə çəkilən və romantik janrda olan bu komediya filmində Demi qaranlıq maliyyə münasibətləri ucbatından həbs olunan biznesmenin həyat yoldaşı rolunu canlandırır. Demi əri həbsdə olan müddətdə kor, gözdən əlil olan yazıçı ilə tanış olur və onu sevir. Onun biznesmen həyat yoldaşı rolunu amerikalı aktyor Dilan Mak Dermott, sevdiyi yazıçı obrazını isə Alek Bolduin oynayıb.

Kor filmindən şəkillər

"Striptease" filmindən foto. 1996-cı ildə Demi Mur

Demi Murun "Kor" filmində biznesmen həyat yoldaşı rolunu canlandıran amerikalı aktyor Dilan Mak Dermott