Sergey Şoyqu Azərbaycan milli mətbəxinin təamlarını dadıb

29 İyul 2017 19:27 (UTC+04:00)

AzNews.az "RİA Novosti"yə istinadən məlumata görə, bu barədə Rusiyanın müdafiə nazirliyindən məlumat verilib.

Rusiyanın, Azərbaycanın, Belarusun,Serbiyanın, Monqolustanın və İsrailin hərbi aşpazları qonaqlar və iştirakçılar üçün iştirakçı ölkələrin milli mətbəxlərinə aid 150-dən artıq xörək hazırlayıblar. Xüsusilə, nazir azərbaycanlıların ət yeməklərini və şirniyatlarını, rusların balıq yeməklərini və un məmulatlarından hazırlanan təamlarını, molqol aşpazların isə çayını dadıb.

AzNews.az