AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəzada 1-i uşaq olmaqla 7 nəfər ağır yaralanıb, 1 nəfər isə ölüb. İdarəetməni itirən nəqliyyat vasitəsi qarşı istiqamətə yol alıb və tam bu zaman Bozqurddan Dənizli istiqamətinə gələn Osman Çətinqayanın idarə etdiyi 20 BK 919 nömrəli avtomobil ilə toqquşub. Qəzaya ilk müdaxiləni digər sürücülər və vətəndaşlar edib. Vətəndaşlar avtomobildəki şəxsləri çıxartmaq üçün böyük səy göstərib. Hadisə yerinə 3 xilasetmə və 5 təcili yardım maşını sövq edilib. Xilasetmə qrupları nəqliyyat vasitəsinin içərisində sıxılan vəziyyətdə qalan 4 nəfəri xilas edib.