17 yaşlı oğlanı ilan sancdı

29 İyul 2017 22:00 (UTC+04:00)

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlu kənd sakini, 2000-ci il təvəllüdlü Cəfərov Arzuman Fərman oğlu həyətdə iş görərkən ilan onun sol baldır nahiyəsindən sancıb.

17 yaşlı oğlan dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

AzNews.az