Zukerberq Maskın bəyanatlarına qarşı çıxıb

29 İyul 2017 22:59 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, İ.Maskın dünyanın sonu ilə bağlı bəyanatları haqqında M.Zukerberqin fikrini öyrəniblər. “Facebook”un banisi süni intellektin inkişafı ilə bağlı nikbin proqnozlar verib. O hesab edir ki, “silisium beyin” bəşəriyyətə yalnız xeyir gətirəcək. Lakin İ.Mask bu kimi bəyanatlar edərək cəmiyyətdə cahilliyi artırır.

Qeyd etmək lazımdır ki, mətbuatda ənənəvi olaraq “süni intellekt” adlandırılan alqoritmlər neyron şəbəkələri əsasında ixtisaslaşdırılmış həllərdir. İnsan beyninin prinsiplərinin köçürülməsini nəzərdə tutan alqoritmlər xəyalpərəstlərin təsvir etdiyi “süni intellekt” anlayışından hələ çox uzaqdır.