Ağır yol qəzası - 18 nəfər öldü

30 İyul 2017 00:00 (UTC+04:00)

AzNews.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, sərnişin avtobusu yolun kənarında dayanan yük maşınına çırpılıb. Hadisə nəticəsində 18 nəfər ölüb. Onlardan 15-i hadisə yerində, daha 3 nəfər isə xəstəxanada ölüb. Qəzaya səbəb yüksək sürət olub.