"Jara"da Alla Puqaçova gecəsi - Fotolar

30 İyul 2017 11:07 (UTC+04:00)

AzNews.az xəbər verir ki, gecədə Ani Lorak, Filip Kirkorov, Kristina Orbakayte, Jasmin, Dima Bilan, Valeri Meladze, Layma Vaykule, Aleksandr Panayatov, Emiliya Yaqubova və digərləri Alla Puqaçovanın repertuarından mahnılar səsləndiriblər.

Alla Puqaçovanın həyat yoldaşı Maksim Qalkin gecənin aparıcısı olmaqla yanaşı, səhnədə “Arlekino” mahnısını ifa edərək, festivalın təşkilatçılarına, tamaşaçılara isti münasibətə görə təşəkkür edib.