Bakıda ana itkin düşmüş oğlunu axtarır

30 İyul 2017 12:33 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, 1938-ci il təvəllüdlü Yeliseyeva İnna Nixaylovna “102” xidmətinə zəng edərək bildirib ki, iyulun 23-də saat 13:00 radələrində onunla eyni ünvanda (Badamdar, S.Məmmədov küçəsi ev 13) yaşayan oğlu 1963-cü il təvəllüdlü Yeliseyev Dmitriy Nikolayeviç evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qadının müraciəti ilə bağlı axtarış tədbirlərinə başlanılıb.