Hacıqabul sakinini ilan sancıb

30 İyul 2017 13:38 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qubalı Baloğlan kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Hüseynov Şahin Ağamalı oğlunu çöllük sahədə gürzə ilanı sancıb. Ş.Hüseynov Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub, müalicəsi davam etdirilir.