Türkiyədə iki məşhur gecə klubu atəşə tutuldu, ölən və yaralılar var

30 İyul 2017 14:18 (UTC+04:00)

AzNews.az Hürriyet-ə istinadən xəbər verir ki, naməlum şəxs gecə saatlarında məşhur “Çilek Beach Club” və “Sess Beach Club” gecə klublarına yaxınlaşaraq, atəş açmağa başlayıb.

400-dən çox insanın olduğu klubda 18 yaşlı Furkan Say həyatını itirib, 4 nəfərsə yaralanıb.

Cinayətkar avtomobili ilə ərazidən uzaqlaşa bilib.

Hadisə ilə bağlı araşdırma aparılır.